Anarxo-primitivizm

Anarxo-primitivizmin bayrağı

Anarxo-primitivizm — sivilizasiyanın mənşəyi və nailiyyətlərinin anarxist tənqididir. Primitivistlər iddia edirlər ki, ovçuluq və yığıcılıqdan əkinçiliyə keçid məcburiyyət, sosial yadlaşma və sosial təbəqələşmə ilə nəticələndi. Onlar deindustrializasiya, əmək bölgüsü və genişmiqyaslı texnologiyaların ləğv edilməsi yolu ilə sivilizasiyanın rədd edilməsinin tərəfdarıdırlar.

Anarxo-primitivizmlə yanaşı, primitivizmin bir çox başqa istiqamətləri də var. Teodor Kaçinski kimi bəzi primitivistlər problemin kökünü Sənaye inqilabında görürlər. Digərləri tövhid, yazı, metal alətlərdən istifadənin başlanğıcı kimi sivilizasiyanın müxtəlif qədim nailiyyətlərində görürlər.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search